Çinin Mərkəzi Asiya dövlətlərində irimiqyaslı nəqliyyat və infrastruktur investisiyaları davam edir.
Hafta.az-ın yazdığına görə, Qırğızıstan prezidenti Sadır Caparov Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu tikintisi layihəsinin nəqliyyatda qarşılıqlı əlaqəni gücləndirmək üçün həyata keçiriləcəyini açıqlayıb.
Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısında çıxış edən Caparov bildirib ki, bu sahədə əməkdaşlıq sazişi imzalanıb. O, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin Çin, Qırğızıstanla Özbəkistan hökumətləri arasında 6 iyun tarixində Pekində imzalandığını söyləyib.
Qırğızıstan tərəfinin Mərkəzi Asiyada nəqliyyat dəhlizlərinin yenilənməsini və yenilərinin yaradılmasını alqışladığını vurğulayan Caparov, ticarətin artırılması üçün gömrük qapılarında əməliyyatların rəqəmsallaşdırılmasının genişləndirilməsinin vacibliyini vurğulayıb.