Çin saatda 450 kilometr sürət yığan qatarı gələn il istifadəyə verəcək

10:58 12.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çin Dövlət Dəmir Yolları Qrupu bu həftə Pekində keçirilən illik işçi yığıncağında yeni nəsil qatarların inkişaf mərhələləri haqqında ən son məlumatları paylaşıb.

Hafta.az-ın “South China Morning Post” qəzetinə istinadən yazdığına görə, maksimum sürətinin saatda 450 kilometr, ticari səfər sürətinin isə saatda 400 kilometr olması gözlənilən CR450-nin prototipinin hazırlanaraq sınaq prosesinin bu il tamamlanması və qatarın 2025-ci ildə istifadəyə verilməsi hədəflənir.

Yeni nəsil qatar üçün avtomatik idarəetmə, sükan, təkər və dəmir yolu texnologiyalarının yenilənəcəyi yeni infrastrukturun yaradılması planlaşdırılır.

Hazırda Çində istifadə edilən sürətli qatarlar saatda maksimum 350 kilometr sürətə çata bilir. CR450-nin istifadəyə verilməsi ilə 4 saatdan çox davam edən Pekin-Şanxay sürətli qatar xidmətinin müddətinin 2,5 saata qədər azalacağı gözlənilir.

2023-cü ilin iyun ayında Fujian əyalətinin Fucou və Şiam şəhərlərini birləşdirən Meycou Bay körpüsündə sınaq hərəkətində qatarın sürəti saatda 453 kilometrə çatıb.

Çinin dəmir yolu şəbəkəsi 2023-cü ilin sonuna qədər 159 min kilometrə çatacaq, bunun 45 min kilometri yüksək sürətli qatar şəbəkələri olacaq.

Ölkə 2025-ci ilə qədər dəmir yolu şəbəkəsini 165 min kilometrə, yüksək sürətli qatar şəbəkəsini isə 50 min kilometrə çatdırmağı hədəfləyir.

Dəmir yolu ilə daşınan sərnişinlərin illik sayının bu ilin sonuna qədər keçən illə müqayisədə 4,7 faiz artaraq 3 milyard 855 milyon, yük daşımanın isə 0,5 faiz artımla 3,9 milyard tona çatacağı proqnozlaşdırılır.