Çin şirkəti Rusiyada 300 min nəfər əhalisi olan şəhər tikəcək

14:05 11.06.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu il Rusiyanın Vladivostok şəhəri yaxınlığında “Sputnik” adlı peyk şəhərin tikintisinə başlanacağı gözlənilir.

Hafta.az-ın yazdığına görə, Uzaq Şərq və Arktika regionlarının inkişafına cavabdeh olan nazir Aleksey Çekunkov bildirib ki, geogen Çin şirkəti tərəfindən həyata keçirilə bilər.

Çindəki tikinti şirkətlərinin tutumuna diqqət çəkən Çekunkov, “Hazırda Çində böyük tikinti potensialı var. Həm tikinti texnikası, həm də inşaat işçiləri. Bunu özümüz üçün üstünlüyə çevirməklə biz Rusiyanın xeyrinə istifadə edə və layihəni tez bir zamanda həyata keçirmək üçün cəlbedici şərtlərlə dəvət edə bilərik. Lakin bunun səmərəli şəkildə həyata keçirilməsi vacibdir" bildirib.

3 milyon kvadratmetr böyüklüyündə və 300 min nəfər əhalisi olması planlaşdırılan peyk şəhərin Vladivostokdan 30 kilometr kənarda inşa ediləcəyi bildirilir.

Layihə üzərində işlər 2021-ci ildən davam etdirilir.

Oxunma sayı 121