Çində 12 gün fasiləsiz dövrə vuran qoyun sürüsü fermeri təəccübləndirib

20:26 17.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Çində 12 gün fasiləsiz dövrə vuran qoyun sürüsü fermeri təəccübləndirib, Daily Mail yazır. Miao adlı fermerin dediyinə görə, hər şey heç bir səbəb olmadan saat əqrəbi istiqamətində yeriməyə başlayan bir neçə qoyunla başlayıb və sonradan qalan sürü onlara qoşulub. Qadın heç vaxt heyvanlarda belə davranış görmədiyini etiraf edib və buna görə də hadisə yerindən kadrları sosial şəbəkələrdə yayıb.

İnsanlar da bu mənzərədən təəccübləniblər. Şərhçilər qoyunların dairələrdə gəzməsinə nəyin səbəb ola biləcəyi barədə fərziyyələr irəli sürüblər. Bəziləri heyvanların bir növ iltihabla xəstə ola biləcəyinə qərar veriblər. Daha sonra Miao əlavə edib ki, qoyunlar normal vəziyyətə dönüb və onlar sağlam görünürlər.