Çində daşınmaz əmlak böhranı: Nəhəng şirkət iflas etdi

09:05 29.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çinin ən böyük daşınmaz əmlak şirkəti olan Country Garden-a qarşı ləğvetmə ərizəsi verilib.

Hafta.az-ın yazdığına görə, Honq-Konqda yerləşən “Ever Credit”in şirkətə verdiyi 204,5 milyon dollarlıq krediti geri ala bilmədiyi deyilir.

Oktyabrda xarici borclarını ödəyə bilməyən şirkət, petisiyaya qəti şəkildə qarşı olduqlarını açıqlayıb. Bəyanatda bildirilib ki, vəsatətlə bağlı ilk məhkəmə iclası mayın 17-də keçiriləcək.

iFast maliyyə şirkətindən Ceyson Sze BBC-yə açıqlamasında şirkətin pisləşən vəziyyətinə diqqət çəkərək, "Country Garden-a qarşı ləğvetmə ərizəsi verilməsi bizim üçün sürpriz olmadı" deyib.

Keçən ay Honq-Konq məhkəməsi Country Garden-ın rəqibi, daşınmaz əmlak nəhəngi “Evergrand”ın ləğv edilməsinə qərar verib. Çində daşınmaz əmlak böhranının simvoluna çevrilən “Everqrand”ın 300 milyon dollardan çox borcunun olduğu açıqlanıb.

İddianın nəticəsi olaraq, “Evergrand”ın yenidən strukturlaşma strategiyasını müəyyənləşdirmək üçün şirkət rəhbərliyinə ləğvedicilər təyin edilib. Ləğvetmə prosesi şirkətin aktivlərinin müsadirəsi və ya satışı ilə nəticələnə bilər.

Bununla belə, Çin hökumətinin böhran vəziyyətində olan şirkətləri ləğv etməyə və daşınmaz əmlak layihələrini dayandırmağa üstünlük verməyəcəyi düşünülür. Çünki ölkədə minlərlə işçi artıq pulunu ödədiyi evlərin təhvil verilməsini gözləyir.

2021-ci ildə şirkətlərin borc məbləğini azaltmaq üçün tədbirlər görüldükdən sonra Çində daşınmaz əmlak sektoru böyük maliyyə problemi yaşayıb. O vaxtdan bəri bir neçə iri daşınmaz əmlak şirkəti borclarını ödəyə bilməyərək defolt vəziyyətinə düşüb.

Oxunma sayı 161