Çində ilk dəfə insanlarda quş qripinin H3N8 ştammı aşkarlanıb

18:28 28.04.2022 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Çinin Milli Sağlamlıq Komissiyası (NHC) H3N8 tipli quş qripinə ilk insan yoluxmasının 4 yaşlı uşaqda aşkar edildiyini açıqlayıb.

Hafta.az-ın məlumatına görə, bununla belə, səhiyyə orqanı qripin insanlar arasında yayılma riskinin az olduğunu bildirib. Milli Səhiyyə Komissiyasının məlumatına görə, variant aprelin 5-də Henan əyalətindən qızdırma və digər simptomlar olan dörd yaşlı uşaqda tapılıb.

Uşağın evdə yetişdirilən toyuq və xoruzlarla təmasda olduğu bildirilib.