Çində koronavirusa yoluxanların sayı rekordu yeniləyib

15:22 28.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Noyabrın 28-də Çində 40 mindən çox yeni koronavirusa yoluxma halı aşkarlanıb. Sinxua agentliyinin rəsmi məlumatlara istinadən verdiyi məlumata görə, bu, pandemiyanın başlanğıcından bəri yeni rekorddur.

Agentliyin məlumatına görə, ölkədə 40 052 yeni COVID-19 yoluxma halı müəyyən edilib. Əksəriyyəti asemptomatikdir. Bu, Çin üçün koronavirus pandemiyasının başlamasından bəri yeni rekorddur.
Payızda Çin rekord göstəricilərlə müşayiət olunan pandemiyanın yeni dalğası ilə üzləşib. Səlahiyyətlilər koronavirusa qarşı "sıfır tolerantlıq" siyasətinə əməl etməyə və sərt məhdudlaşdırıcı tədbirlər tətbiq etməyə davam edir.

Oxunma sayı 1726