Çində tanker qəzası - dənizə 400 ton neft sızıb

15:22 29.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Çinin Şandun vilayətinin sahil sularında gəmi qəzası nəticəsində dənizə 400 ton neft sızıb.

Hadisə səhər saatlarında iri liman şəhəri olan Çindaodan 40 dəniz mili məsafədə baş verib. Panamaya məxsus yük gəmisi Liberiya bayrağı altında üzən neft tanker ilə toqquşub.

Dənizə axmış nefti təmizləmək üçün hadisə yerinə 12 gəmi cəlb olunub.