Çinin xarici işlər naziri 3 həftədir yoxa çıxıb

11:40 19.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çinin xarici işlər naziri Qin Qanqın iyunun 25-dən bəri ictimaiyyət arasında görünməməsi fərziyyələrə səbəb olub.

Hafta.az-ın yazdığına görə, sonuncu dəfə iyunun 25-də Rusiya, Vyetnam və Şri-Lanka rəsmiləri ilə görüşləri zamanı görüntülənən Qin Qanq bu ay Pekinə səfəri zamanı ABŞ maliyyə naziri Canet Yellenin keçirdiyi görüşlərə qatılmayıb və ABŞ İqlim nümayəndəsi Con Kerri ilə də görüşməyib. 

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrelin çinli nazirlə görüşmək üçün iyulun əvvəlində Pekində edəcəyi səfəri səbəb göstərilmədən ləğv edilib.

Çinli nazirin yoxa çıxmasının onun teleaparıcı Fu Xiaotian ilə əlaqəsi ilə bağlı olduğu iddia edilir.

Qanqın keçən həftə Cənub-Şərqi Asiya Millətləri Assosiasiyasının (ASEAN) İndoneziya Sammitində Pekinin nümayəndə heyətinə rəhbərlik etməsi planlaşdırıldığı halda, sammitdən bir müddət əvvəl nümayəndə heyətinə başqa şəxs rəhbər təyin edildi. Amerikanın "New York Times" qəzeti Qanqın yoxa çıxmasının səbəbinin Honq-Konqdan olan bir teleaparıcı ilə əlaqəsi ola biləcəyini iddia edib.

Nazirin səhhətindəki problemlər səbəbiylə arxa planda qalmasına dair şərhlər edilərkən, Çin Xarici İşlər Nazirliyinin mövzu ilə bağlı dəqiq açıqlama verməməsi diqqət çəkib.

Siyasət rubrikasından digər xəbərlər