Yazını böyüt
Yazını kiçilt
Bu gün UEFA Çempionlar Liqasında 2026/27 mövsümünə start verilib.
Hafta.az xəbər verir ki, Azərbaycan çempionu “Sabah” da görüşə çıxıb.
1-ci təsnifat mərhələsində oynayan komanda Uelsin TNS klubu ilə qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib.
UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi, ilk oyun
7 iyul
“Sabah” (Azərbaycan) - TNS (Uels) - 2:0
Oollar: Velko Simiç, 66, Kaheem Parris, 83
Qırmızı vərəqə: Solvet, 90+2 ("Sabah")
Qeyd edək ki, komandalar arasındakı cavab oyunu iyulun 14-də Osvestridəki (İngiltərə) "Park Hall"da keçiriləcək.