CNN üç əməkdaşını işdən qovdu - PEYVƏNDƏ GÖRƏ

18:10 06.08.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın CNN telekanalı üç əməkdaşını Covid-19-a qarşı peyvənd olunmadığına görə işdən qovub. Bu ölkə tarixində ilk belə haldır.

Hafta.az BBC-yə istinadla xəbər verir ki, telekanalın rəhbəri Ceff Tsuker qəbul edilən qərarı elektron məktub formasında bütün işçilərə göndərib.

Sahədə çalışan, digər insanlarla ünsiyyətdə olan və ofisə gələn hər kəs peyvənd olunmalıdır. Bu məsələdə heç bir dözümlülük ola bilməz" - deyə o yazıb.

Qeyd edək ki, ABŞ qanunvericili sahibkarlara işçilərini məcburi vaksinasiyaya cəlbetmə hüququ verir. Bir çox şirkətlər, Facebook i Microsoft kimi iri holdinqlər də ofisləri tam açıldıqdan, yəni bir neçə aydan sonra bu qaydanı tətbiq edəcəklərini açıqlayıblar.