Co Bayden və Si Cinpin nüvə müharibəsinə qarşıdırlar

19:01 14.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

ABŞ prezidenti Co Bayden və Çin prezidenti Si Cinpin İndoneziyada keçirilən G20 sammitində görüşdən sonra Ukraynada nüvə silahından istifadə təhdidlərinə qarşı çıxış ediblər. Bu barədə RİA Novosti məlumat yayıb.

“Prezident Bayden və Prezident Xi heç vaxt nüvə müharibəsinin aparılmaması və heç kimin qalib gələ bilməyəcəyi barədə razılaşdıqlarını təsdiqlədilər, həmçinin Ukraynada nüvə silahından istifadə və ya istifadə təhlükəsinə qarşı mövqelərini vurğuladılar”, - deyə bəyanatda bildirilir.
Dövlət başçıları razılaşdılar ki, nüvə müharibəsi heç vaxt aparılmamalıdır və qalib olmayacaq.