COP29-un keçiriləcəyi məkan BƏLLİ OLDU

11:24 15.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt
 
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) loqosu ictimaiyyətə təqdim olunub.

Hafta.az xəbər verir ki, təqdimat COP29-un baş qərargahında keçirilən ilk mətbuat konfransında nümayiş olunub.

Bildirilib ki, COP29-un loqosu iqlim dəyişiklikləri ilə əlaqədar qarşılaşdığımız qlobal problemlər və bu çətinliklərlə mübarizə üçün zəruri olan kollektiv fəaliyyəti özündə ehtiva edir.

Loqoda həmrəylik və vəhdət, inklüzivlik, təbiətlə əlaqə kimi motivlər əks olunub. Bundan başqa, loqoda yer alan yarpaq formasında olan buta ölkəmizin biomüxtəlifliyini, bitkilərin dünyamızın mövcud olması üçün vacib olan karbon tutulması və saxlanılmasına uyğunlaşmada təbiət əsaslı həllərin gücünü təmsil edir.

Hava və küləyi təcəssüm etdirən buta atmosferlə bağlı qayğıların həlli üçün tələb olunan həssas tarazlığı ifadə edir.

Su damlası şəklində olan buta dəniz səviyyəsinin dəyişməsi. quraqlıq və daşqınlar şəraitində suyun dayanıqlılığına olan zəruri ehtiyacı əks etdirir.

Od formasında təsvir edilən buta Azərbaycanın yanar ocaqlarını aks etdirir və bizi emissiyasız gələcək naminə enerjidən məsuliyyətlə istifadə etməyə çağırır.

Birləşərək dairə yaradan iki buta qarşılıqlı bağlılığımızı və evimiz olan Yer kürəsinin dayanıqlılığı üçün göstərilən daimi səyləri ifadə edir.

Məlumata görə, Azərbaycanın ev sahibliyi edəcəyi COP29 bu il Bakı Olimpiya Stadionunda keçiriləcək.

1338720

 

Oxunma sayı 102