Corab satan aktyorumuz İŞLƏ TƏMİN OLUNDU

22:38 25.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bir neçə gün əvvəl sosial şəbəkələrdə corab satdığı görüntülər yayılan aktyor Allahverdi Yolçuyev işlə təmin olunub. 

Hafta.az xəbər verir ki, bu barədə o, Baku.ws-ə açıqlamasında bildirib. 

"Corab satmağımla bağlı görüntülərdən sonra birdən-birə ajiotaj yarandı. Telefonlarım susmadı. Mədəniyyət nazirimiz Adil müəllimə təşəkkür edirəm. O, iki dəfə mənə zəng etdi, ehtiyacımı soruşdu. Dedim mənim üçün çətindir. Aldığım təqaüd dərmanlarıma çatmır. Məni Musiqili Komediya Teatrına işə bərpa etdilər. Aidiyyəti qurumlar artıq mənlə maraqlanırlar. Corab satmaq da bir tarixə çevrildi", - deyə aktyor qeyd edib.