Çörək zavodunun əməkdaşı iş yerində keçinib

22:23 05.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mingəçevirdə çörək zavodunun əməkdaşı iş yerində vəfat edib.

Hafta.az xəbər verir ki, hadisə axşam saatlarında şəhərin Samux küçəsində yerləşən çörək zavodunda baş verib.

Belə ki, 1975-ci il təvəllüdlü Rəhman Əhmədov iş yerində qəfil keçinib. İlkin müayinə zamanı onun ürək çatışmazlığından öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.