Babək Quliyev UEFA Konfrans Liqasının matçına təyinat alıb

18:53 22.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.

Hafta.az bu barədə AFFA-ya istinadən bildirir.

O, UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 30-da keçiriləcək “Ludoqorets” (Bolqarıstan) - “Hapoel” (Təl-Əviv, İsrail) görüşünün hakim-inspektoru olacaq.

Qarşılaşma Razqrad şəhərində yerləşən “Ludoqorets Arena”da baş tutacaq.