Yazını böyüt
Yazını kiçilt
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına hazırlaşan qadınlardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışını Şamaxıda davam etdirir.
Hafta.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Bildirilib ki, hazırlıq prosesində əsas diqqət idmançıların fiziki hazırlığının daha da gücləndirilməsinə yönəldilib. Məşqlər dözümlülüyün, gücün və funksional hazırlığın artırılması istiqamətində təşkil olunur.
Qeyd edək ki, cüdo üzrə dünya çempionatı oktyabrın 4-11-də Bakıda, Milli Gimnastika Arenasında keçiriləcək.