Yazını böyüt
Yazını kiçilt
İngiltərədə ilk Covid-19 həbi təsdiqlənib. ABŞ-da yerləşən əczaçılıq nəhəngi Merck-in Covid-19-un ağır təsirlərini və ölüm nisbətlərini yüzdə 50 azaldan dərman üçün ilk istifadə təsdiqi həyəcan yaratıb.
Hafta.az-ın Wall Street Journal-a istinadla verdiyi xəbərinə görə, İngiltərənin dərman tənzimləyicisi verdiyi açıqlamada Merck və Ridgeback Biotherapeutic tərəfindən hazırlanmış Covid-19 həbini təsdiqlədiyini söyləyib.
Beləliklə, İngiltərə koronovirus həbini, eləcə də koronovirus peyvəndini təsdiqləyən ilk ölkə olub.