COVID pasportu ləğv edilir?

09:54 15.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

COVID pasportunun ləğv edilib-edilməyəcəyi məsələsinə aydınlıq gətirilib.

Hafta.az xəbər verir ki, TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Vüqar Qurbanov mətbuata açıqlamasında deyib ki, koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər mərhələli şəkildə aradan qaldırılır:

“Bu, ölkədə COVID-19 infeksiyasının yayılması tezliyi əsasında müəyyənləşir. Bir çox məhdudiyyətlərin aradan qaldırılması müvafiq qurumlar tərəfindən Nazirlər Kabinetinə verilən təkliflər əsasında dəyərləndirilir. Ümid edirik ki, yaxın vaxtlarda verilən təkliflərlə bağlı da qərarlar qəbul ediləcək və digər məhdudiyyətlər də aradan qaldırılacaq”.apa