Çoxvektorlu xarici siyasətdə  qurduğumuz əməkdaşlıq münasibətləri bir-birinə mane olmur - Politoloq

18:31 16.09.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“2016-cı ildə  ölkəmiz Şanxay Əməkdaşlıq Təşkilatında dialoq tərəfdaşı statusunda iştirak edir. Bu təşkilatın tədbirlərinə qatılmağın əsas səbəbi  ölkəmizin belə bir statusa sahib olmasıdır”.

Bunu hafta.az-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənd Zirvəsindən hansı “baqajla” qayıdacağı və əhəmiyyəti ilə bağlı açıqlamasında bildirib.

M.Məmmədli bildirib ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı və bu təşkilata daxil olan ölkələrlə yaxın əməkdaşlıq əlaqələri qurub.

“Azərbaycan çoxvektorlu siyasət yeridir və bu cür xarici siyasətin fəlsəfəsinə uyğun olaraq  təbii ki, dünyada bəllli bir iqtisadi, siyasi, hərbi təşkilatlarla əməkdaşlıq etməlidir. Bu təşkilatlardan biri də Şanxay Əməkdaşlığı Təşkilatıdır”.

M.Məmmədli qeyd edib ki, bu gün Azərbaycan dünyanın digər təşkilatları ilə də, məsələn NATO, Avropa İttifaqı və digər təşkilatlarla da yaxından əməkdaşlıq edir və bu əməkdaşlıq bir -birinə mane olmur. 

“Ölkəmizin uğurlu siyasətinin də əsas özəlliyi bundan ibarətdir ki, həyata keçirdilən çoxvektorlu xarici siyasətdə  müxtəlif istiqamətlərdə qurduğu əməkdaşlıq münasibətləri bir-birinə mane olmur. Ölkəmizin çoxvektorlu xarici siyasətində ilk növbədə təhlükəsizlik, siyasi, strateji, maraqlarının  təmin olunması durur”.

Siyasət rubrikasından digər xəbərlər