Cüdo üzrə milli komandamız açıq Avropa turnirini birinci yerdə başa vurub

23:14 03.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın cüdo üzrə böyüklərdən ibarət milli komandası Rumıniyanın Kluj-Napoka şəhərində keçirilən açıq Avropa turnirini birinci yerdə başa vurub.

Hafta.az xəbər verir ki, komandamız yarışda 3 qızıl, 3 bürünc medal qazanaraq ümumi hesabda birinci pillədə qərarlaşıb. Qızıl medalları yığmamızın aktivinə Nazir Talıbov (60 kq), Telman Vəliyev (73 kq) Murad Fətiyev (90 kq) yazdırıblar. Tatami ustalarımız Rəşad Yelkiyev (60 kq), Ruslan Paşayev (66 kq), Nəriman Mirzəyev (73 kq) isə bürünc medallara yiyələniblər.

Yarışda Azərbaycan 14 kişi və 3 qadın olmaqla 17 cüdoçu ilə təmsil olunub. Açıq Avropa turnirində 33 ölkədən 62 qadın və 150 kişi cüdoçu iştirak edib.

Oxunma sayı 288