Culfada qəza - 4 nəfər həyatını itirib

10:34 12.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Culfa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hafta.az xəbər verir ki, rayon sakini Qüdrət Quliyevin idarə etdiyi “BMW” markalı avtomobilin aşması nəticəsində sürücü və 3 sərnişin hadisə yerində həyatını itirib.

Hadisənin yağıntılı hava şəraitinə görə yolda avtomobilin sürüşməsi nəticəsində baş verdiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.