Dağlıq Qarabağ ermənilərini ERMƏNİSTANDAN QOVURLAR

15:05 10.08.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

44 günlük müharibə nəticəsində Ermənistan ərazisinə köç edən işğaldan azad edilən ərazilərdə qeyri-qanuni məskunlaşmış ermənilər İrəvanda ciddi təzyiqlərlə üzləşirlər.

Hafta.az-ın məlumatına görə, artıq İrəvanda yataqxanada məskunlaşan bu ermənilərdən otaları boşaltmağı tələb edirlər. Onların sözlərinə görə, fevraldan yataqxanada məskunlaşıblar. "Bizə söz verildi ki, yaşayış yeri məsələsi həll olunana kimi burada qala bilərik. İndi isə deyirlər ki, 10 gündən sonra hindli tələbələr gəlir və onlar yaxşı pul verirlər. Bizə yaşayış üçün göstərilən yerlər isə it damından fərqlənmir. Gedəcək yerimiz yoxdur" - deyə onlar bildirib.

Dağlıq qarabağ ərazisindən köç edənlərin sözlərinə görə, qalmaq üçün ev axtaran zaman onlardan kim olduqlarını soruşurlar: "Qarabağlıyıq" deyəndə bizdən üz çevirirlər. Bu nə cür münasibətdir? Ermənidən belə münasibət gördükdən sonra, türkdən nə gözləyək? Heç olmasa qaçqın statusu versinlər, Ermənistanı tərk edə bilək".