Yazını böyüt
Yazını kiçilt
Çox təəssüf edirik ki, bəzi erməni siyasətçiləri Rusiyaya məxsus olmayan Dağlıq Qarabağın “təslim edilməsi” ilə bağlı cəfəng “fikirləri” nəinki təkzib etmirlər, əksinə, əslində bu cür əsassız mühakimələrlə razılaşırlar.
Hafta.az RİA Novostiyə istinadla xəbər verir ki, bu fikirlər Rusiya Xarici İşlər Nazirliyinin Ermənistan parlamenti rəhbərinin “Lavrov planı” ilə bağlı açıqlamalarına reaksiyasında əksini tapıb. Bildirilb ki, reallıqda olmayan, təxəyyüldə olanı şərh etmək çətindir.
Bundan əvvəl Ermənistan parlamentinin rəhbəri Alen Simonyan Rusiya mətbuatının nümayəndələri ilə görüşündə “Lavrov planı”na toxunaraq, “Qarabağın təslim edilməsini” Rusiya ilə əlaqələndirmişdi.