Daha 2025 yoluxma - 22 nəfər öldü

16:48 17.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 025 yeni yoluxma faktı qeydə alınıb, 2 267 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 22 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 565 965 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 528 105 nəfər müalicə olunaraq sağalıb, 7 524 nəfər vəfat edib. 30 336 nəfər aktiv xəstə sayını təşkil edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 127, bu günə qədər isə ümumilikdə 5 392 281 test icra olunub.