Daha 242 mina aşkarlanıb

17:05 23.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (16.09.2024 - 22.09.2024) məlumat açıqlanıb.

ANAMA-dan hafta.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 74 piyada əleyhinə mina, 168 tank əleyhinə mina, 491 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 968,3 hektar ərazi mina və PHS-lərdən təmizlənib.