Daha 3 erməni hərbçinin cəsədi təhvil verildi

23:16 28.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan işğaldan azad edilən ərazilərdən tapılan daha 3 erməni hərbçinin cəsədini Ermənistana təhvil verib.

Hafta.az xəbər verir ki, bu barədə erməni KİV-ləri yazıb.

Cəsədlərin Şuşa ərazisindən tapıldığı qeyd olunur. Onların kimliklərini müəyyən etmək üçün ekspertiza təyin olunacaq.

Qeyd edək ki, indiyə qədər ümumilikdə 1673 erməni hərbçinin cəsədi tapılıb.