Daha 367 mina, 8086 PHS aşkarlanıb

15:39 05.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (29.07.2024 - 04.08.2024) açıqlanıb.

ANAMA-dan hafta.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 280 piyada əleyhinə mina, 87 tank əleyhinə mina, 8086 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 2790.9 hektar ərazi mina və PHS-lərdən təmizlənib.