Yazını böyüt
Yazını kiçilt
İşğaldan azad olunmuş Füzuli rayonunda daha 6 erməni hərbçinin qalıqları aşkar olunub. Bu barədə “Sputnik Armenia” saytı məlumat yayıb.
Hərbçilərin şəxsiyyəti Ermənistanda keçiriləcək məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşəcək.
Bununla da işğaldan azad olunmuş ərazilərdə aparılan axtarış əməliyyatları zamanı ümumilikdə 1629 erməni hərbçinin cəsədi və ya qalıqları tapılıb.