Yazını böyüt
Yazını kiçilt
"Avqustun 20-də saat 18:30-dan başlayaraq zəhərlənmə şübhəsilə 20 nəfər Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub".
Hafta.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, zəhərlənənlərdən 7-si kişi, 13-ü qadındır.
"Onlardan doqquzu azyaşlıdır. Müraciət edənlərin hər birinə zəruri tibbi xidmət göstərilib. 15 nəfər ambulator müalicə üçün evə buraxılıb. Beş nəfərin isə müalicəsi xəstəxanada davam etdirilir. Vəziyyətləri qənaətbəxş qiymətləndirilir" - deyə, məlumatda bildirilib.