Daha bir tələbə vəfat etdi - FOTO

15:55 15.11.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda tələbə vəfat edib.

Bu barədə Azərbaycan Tibb Universiteti məlumat yayıb.

Bildirilib ki, universitetin Stomatologiya fakültəsinin III kurs tələbəsi Nərmin Kamal qızı Hüseynova vəfat edib.

Nərmin Hüseynova 2022-ci ildə Akademik Zərifə Əliyeva adına Xaçmaz şəhər 8 nömrəli məktəb-liseyi fərqlənmə ilə bitirib, 2022-ci ildə 597.3 balla Azərbaycan Tibb Universitetinin Stomatologiya ixtisasına dövlət sifarişi əsasında qəbul olub.

Qeyd olunub ki, III kurs tələbəsi Hüseynova Nərmin Kamal qızı hamamda dəm qazından boğulma nəticəsində həyatını itirib.