“Davamlı yaşam üçün corabını gözəməyə başla” 

12:40 14.11.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Latviyanın ölkəmizdəki Səfirliyi Latviya İncəsənət Akademiyası və Sigulda regionunun sənətkarları ilə birgə əməkdaşlıqla “davamlı yaşam üçün gözəməyə başla” adlı tekstil layihəsini təqdim edir.

Hafta.az-ın yazdığına görə, sərginin tərəfdaşları “QGallery” və “PlatformArt” şirkətidir. Sərgi çərçivəsində İncəsənət Gimnaziyasının tələbələri və “Aygün” firmasının sənətkarları ilə ustad dərsləri keçiriləcək.

Sərginin açılışı noyabrın 18-də saat 18:00-da Daş Salnaməsi Muzeyində olacaq (ünvan: Milli Bayraq Meydanı).

Dünyanı “düzəltmək” hər zaman olduğundan daha aktualdır. Dünya tikişlərdə hissələrə parçalanır, sərhədlər pozulur, bir çox siyasi və iqtisadi quruluşlar dağılır. Resurslar kütləvi şəkildə
istehsal olunur və gələcək nəsillərə çox şey qalmır.
Müharibə, deportasiya, aclıq görmüş yaşlı nəslin vərdişlərini araşdırarkən, belə nəticəyə gəlmək olur ki, əşyalardan uzun müddət istifadə etmək və mövcud iqlim dəyişikliyi vəziyyətində onları düzəltmək ən rasional həll yollarından biri ola bilər.

Corablar XXI əsrin istənilən məhsulu üçün gündəlik istehlakda metafora kimi sreçilib. 

Corablar müasir və qədim etnoqrafiyada ən sadə və ən əvəzolunmaz geyimdir. Onlar eyni zamanda müxtəlif kontekstlərdə etalon kimi də dəyərləndirilir.

Latviyanın yeni doğulmuş körpələrə, xəstələrə, döyüş meydanına gedən əsgərlərə corab vermək kimi çoxəsrlik ənənəsi var. Corablar hər bir kəsin həyatında ilk geyimlərdən biridir, həyatın ən xoşbəxt və ən çətin anlarında yol yoldaşıdılar və hətta son yolçuluqda belə.

Corabın həyat dövrü və xarekteri ardıcıl mərhələlərdə təsvir olunur - toxunuşu, geyilməsi,
köhnəlməşi və yamanması. Qızıl sap corabın ona sərf olunan resurslar, vaxt, bacarıqlar, iqtisadi və emosional baxımdan nə dərəcədə dəyərli olduğunun göstərilməsinə aid məcazi bir mesajdır. Buna görə də corabı gözəməyə dəyər.

Corablar Latviyanın Milli Tarix Muzeyində saxlanılan orijinallardan hazırlanmış nüsxələrdir, onların tarixi XVIII əsrin ikinci yarısına aid edilir və Latviyanın müxtəlif bölgələrindən toplanıb.

Manjet hissəsi həndəsi naxışlarla təbii boyalı yun iplə toxunur. Muzeyin kolleksiyasında iki eyni
coraba rast gəlmək mümkün deyil, hər bir corabın özünəməxsus manjeti və fərqli kodları var.  Corabları yamamaqla siz eyni zamanda dünyanı düzəltmiş olursunuz. Bunu hər birimiz edə bilərik! İstehlakı azaltmağa başlayın, öz əşyalarınızı təmir edin və ekologiyaya nə dərəcədə xeyir verdiyinizin şahidi olun!