Daxili Qoşunların Vətən müharibəsində təltif olunan hərbçiləri

12:59 20.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Vətən müharibəsində Daxili Qoşunların 66 hərbi qulluqçusu şəhid olub, 346 nəfəri isə yaralanıb”.

 

Hafta.az xəbərinə görə, bunu Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Daxili Qoşunların Baş İdarəsində keçirilən əməliyyat müşavirəsində çıxışında deyib.

 

O bildirib ki, Vətən müharibəsində göstərdikləri şücaətə görə Ali Baş Komandanın müvafiq sərəncamları ilə 4 hərbi qulluqçu “Vətən Müharibəsi Qəhrəmanı”, 985 nəfəri isə müxtəlif orden və medallarla təltif edilib:

 

“Müharibədən sonrakı ötən bir il ərzində şəhidlərimizin xatirəsi daim ehtiramla yad edilib, qazilərimiz diqqət mərkəzində saxlanılıb”.