Dəmir yolu ilə sərnişin daşımaları ARTIB 

15:51 17.06.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2025-ci ilin yanvar-may aylarında 7,1 mln. ton yük, 3 881,7 min sərnişin daşınıb.

Hafta.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, hesabat dövründə 2024-cü ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 7,7% azalma, sərnişin daşınmasında isə 18,8% artım müşahidə olunub.