Dəmir yolunda faciə: iki nəfər ölüb

12:55 04.08.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çexiyanın qərbində - Almaniya ilə sərhəddə yerləşən Domazlice qəsəbəsi ətrafındakı Milavce kəndində iki qatar toqquşub.

Hafta.az yazır ki, bu barədə məlumatı Plzen bölgəsinin Xilasetmə Birliyinin sözçüsü Maria Svobodova verib. Xəbərdə deyilir ki, qəza nəticəsində 2 nəfər həlak olub, 50 sərnişin yaralanıb. Yaralılardan 7 nəfərinin vəziyyəti ağırdır. Bu səbəbdən də ölüm hallarının artacağı güman edilir. 

Çexiya Dəmir Yolu İdarəsindən verilən məlumatda isə deyilir ki, qəza yerli vaxtla səhər saat 8-də baş verib. Hazırda qəzanın səbəblərini araşdırmaq üçün istintaq qrupu hadisə yerində iş aparır.

Nəqliyyat naziri Karel Havlicekin ilkin ehtimalına əsasən, qəzanın baş verməsinə səbəb Almaniyadan gələn sərnişin qatarının "dayan" işarəsinə fikir verməməsi olub. 

Oxunma sayı 989