Demokratlar qrupunun lideri seçildi

21:21 30.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Hakim Ceffreys ABŞ Konqresinin aşağı palatasında Demokratlar qrupunun lideri seçilib.

Nyu-York ştatının nümayəndəsi Hakim Cefris ABŞ Konqresinin Nümayəndələr Palatasında Demokratlar Partiyasının lideri seçilib, o, bu vəzifədə 82 yaşlı Nensi Pelosini əvəz edəcək. Bu barədə CNN məlumat yayıb.

Nəşr qeyd edir ki, partiyadaxili səsvermə bağlı qapılar arxasında keçirilib.

Telekanal vurğulayır ki, Cefri ABŞ Konqresinin palatalarından birində partiya fraksiyasının rəhbəri vəzifəsinə seçilən ilk qaradərili şəxs olub. Yanvar ayında o, aralıq seçkilərin nəticələrinə görə Amerika qanunverici orqanının aşağı palatasında çoxluğunu itirmiş Demokratlar fraksiyasının rəhbəri vəzifəsinin icrasına başlayacaq.