Deputat kirayə pulunun azlığından ŞİKAYƏTLƏNDİ

17:13 17.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Milli Məclisdə evsiz deputatlara verilən kirayə pulunun miqdarı ilə bağlı narazılıq ifadə edilib. 

“Bəzi millət vəkillərinin evi yoxdur, onlara verilən kirayə haqqı artırılsın” - Hafta.az xəbər verir ki, bunu deputat Razi Nurullayev parlamentdə deyib. 

O qeyd edib ki, belə deputatlara 220 manat kirayə haqqı verilir: “Ona görə də təklif edirəm ki, bu vəsait artırılsın”.