Dərmanlar üçün ƏDV ləğv edilsin - Təklif

13:43 05.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İmkansız ailələrin, xüsusilə xəstəliklə bağlı pensiya alanların dərman vasitələrinə əlçatanlığı təmin edilməlidir.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.

 Deputat bildirib ki, dərmanların keyfiyyəti ilə bağlı da Milli Məclisdə dəfələrlə məsələ qaldırılıb: “Əsas istifadə edilən dərman vasitələrinə əlavə dəyər vergisi ya azaldılsın, ya da dərman vasitələri əlavə dəyər vergisindən azad edilsin”.