Diaspor gəncləri Cıdır düzündə Azərbaycan bayrağını dalğalandırıblar - FOTO

20:56 07.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Diaspor Gənclərinin III Yay Düşərgəsinin iştirakçıları layihənin başa çatması ərəfəsində əzəmətli Cıdır düzündə olublar.

Diasporla İş üzrə Dövlət Komitəsindən hafta.az-a bildirilib ki, Azərbaycan bayrağını Cıdır düzündə dalğalandıran gənclər “Azərbaycan!” “Qarabağ Azərbaycandır!”, “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarlarını səsləndiriblər.

Düşərgə iştirakçıları Şuşada olduqlarına və Cıdır düzünü ziyarət etdiklərinə görə sözlə izah edilə bilməyəcək xoş və inanılmaz hisslər keçirdiklərini söyləyiblər. Onlar sıldırım qayaları qəhrəmancasına fəth edib, qədim şəhərimizi mənfur düşmənin tapdağından azad edən və xalqımıza geri qaytaran Azərbaycan Ordusuna və Müzəffər Ali Baş Komandana minnətdar olduqlarını vurğulayıblar. “Şəhidlərimizin ruhu şad olsun!” deyən gənclər qazilərimizə cansağlığı arzulayıblar.

Düşərgə iştirakçıları həmçinin dahi Azərbaycan şairi Molla Pənah Vaqifin məqbərəsini də ziyarət ediblər.

 

Oxunma sayı 100