Dilənçinın üstündən 11800 pul çıxdı - POLİS ŞOKDA

16:41 16.12.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Düzce Bələdiyyəsinin nəzarətçiləri tərəfindən şəhər mərkəzində saxlanılan dilənçinin üzərində 11 min 810 TL pul tapılıb.

Hafta.az türk mətbuatına istinadla bildirir ki, Polis qrupları Akçakoca küçəsində dükanların arasında dolaşaraq vətəndaşlardan pul tələb edən dilənçini yaxalayıb. Dilənçinin üzərində axtarış zamanı külli miqdarda pul tapılıb.

Vətəndaşların dini duyğularından sui-istifadə edərək qazandığı pulu toplayan şəxsin üzərindən 11 min 810 TL çıxması polis qruplarını belə təəccübləndirib.

“İlk dəfədir ki, belə böyük məbləğdə pulla rastlaşırıq. Vətəndaşlarımızdan xahiş edirik ki, dilənçiliyi peşəyə çevirən insanlara pul verməsinlər” - Düzce Bələdiyyəsi Polis Müdiri Sezgin Diner deyib.