DİN Psixiatriya xəstəxanasındakı görüntülərə münasibət bildirib

21:24 14.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daxili İşlər Nazirliyi 1 saylı Maştağa Psixiatriya xəstəxanasında döyüldüyü iddia edilən şəxslə bağlı görüntülərə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov hafta.az-a bildirib ki, həmin şəxsin müalicə olunduğu xüsusi təyinatlı tibb müəssisəsində xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.

Məsələ ilə bağlı təhqiqat araşdırmaları aparılır.