Dini konfessiya rəhbərləri Şəhidlər xiyabanını ziyarət edib

17:15 20.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycandakı dini konfessiyaların rəhbərləri və din xadimləri Şəhidlər xiyabanına gedərək ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət ediblər.

Bu barədə hafta.az-a Qafqaz Müsəlmanları İdarəsindən bildirilib.

Qəhrəman şəhidlərimizin ruhlarına dualar oxunub, məzarları önünə gül dəstələri düzülüb.

 

 

 

 
Oxunma sayı 25