Şəhər meri timsahla "nişanlandı" - VİDEO

10:07 03.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Meksikada şəhərlərdən birinin meri 500 ildən artıqdır icra edilən ritual çərçivəsində dişi kaymanla (timsah növü) simvolik olaraq nişanlanıb.

Hafta.az xəbər verir ki, San-Pedro-Uamelula şəhərində beş əsrdir davam edən bu ayinin özünəməxsus məqsədləri var.

Ritualın əsas qayəsi şəhərdə yağışların bol yağmasını, məhsuldarlığın artmasını, həmçinin sülh və əmin-amanlığın təmin edilməsini tanrılardan diləməkdir.

"Nikah" mərasimi zamanı təhlükəsizliyi təmin etmək məqsədilə heyvanın ağzı iplə bağlanır. Mərasim "yeni evlənənlərin" rəqsi və öpüşü ilə yekunlaşır. Huave xalqının nümayəndəsi Uqo Lenin Qonsales Qarsiyanın sözlərinə görə, bu ritualın əsas məqsədi gələn il üçün insanlarla ana təbiət arasında balansı qorumaqdır./"Jornada"/