Diplomatik korpus nümayəndələri Qarabağa getdilər

09:18 06.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Diplomatik korpus nümayəndələrinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri başlayıb.

Hafta.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev " Twitter"də bildirib.

H.Hacıyev bildirib ki, Prezident İlham Əliyevin göstərişi əsasında diplomatik korpus nümayəndələrinin Azərbaycanın azad edilmiş Füzuli, Qubadlı və Laçın rayonlarına səfəri başlayıb:

"Səfirlərə, beynəlxalq təşkilat rəhbərlərinə və hərbi attaşelərə bu səfərdə bizə qoşulduqlarına görə minnətdarıq".