Dollar almaq istəyənlərə VACİB XƏBƏR

18:19 22.08.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Hafta.az “Financial Times”a istinadla yazır ki, avronun məzənnəsi 2002-ci ildən bəri ikinci dəfə dollardan aşağı düşüb.

Məlumata görə, avro 0,4% ucuzlaşaraq 0,99 dollar olub. Bu səbəbdən Avropa indekslərinin səhmləri də aşağı düşür.

Düşmə Almaniyada baza tutumunun qiymətinin bir meqavat/saat üçün 603 avroya yüksəlməsi fonunda baş verib.

FT-yə görə, avropalı investorlar enerji qiymətlərinin sürətlə artmasından narahatdırlar ki, bu da Avropada işgüzar fəallığın azalmasına gətirib çıxaracaq.

Bundan əvvəl, bu ilin iyulunda dollar və avro 20 ildə ilk dəfə bərabərləşmişdi.