Yazını böyüt
Yazını kiçilt
Hafta.az “Financial Times”a istinadla yazır ki, avronun məzənnəsi 2002-ci ildən bəri ikinci dəfə dollardan aşağı düşüb.
Məlumata görə, avro 0,4% ucuzlaşaraq 0,99 dollar olub. Bu səbəbdən Avropa indekslərinin səhmləri də aşağı düşür.
Düşmə Almaniyada baza tutumunun qiymətinin bir meqavat/saat üçün 603 avroya yüksəlməsi fonunda baş verib.
FT-yə görə, avropalı investorlar enerji qiymətlərinin sürətlə artmasından narahatdırlar ki, bu da Avropada işgüzar fəallığın azalmasına gətirib çıxaracaq.
Bundan əvvəl, bu ilin iyulunda dollar və avro 20 ildə ilk dəfə bərabərləşmişdi.