Yazını böyüt
Yazını kiçilt
Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Hərracda tələb 43,8 mln. ABŞ dolları olub və tam təmin edilib.
Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla müqayisədə 36,8% azalıb. Qeyd edək ki, ötən hərracda tələb 69,4 mln. ABŞ dolları olmuşdu.