“Dost əməliyyatı” Yeni Dehlinin Ankara ilə həmrəyliyini ifadə edir" - Hindistan səfiri

09:15 16.02.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Türkiyənin cənubunu sarsıdan güclü zəlzələlərdən sonra fəlakət bölgəsinə təcili humanitar yardım göndərmək üçün Hindistanın başlatdığı “Dost əməliyyatı” Yeni Dehlinin Ankara ilə həmrəyliyini ifadə edir".

Hafta.az-ın yazdığına görə, bunu Hindistanın Türkiyədəki səfiri Virander Paul deyib. Diplomat bildirib ki, Hindistanda zəlzələlərin faciəvi xəbəri dərin sarsıntı və inamsızlıqla qarşılanıb. Onun sözlərinə görə, belə qeyri-adi çətin vaxtda Hindistanda Türkiyədə əzab çəkən insanlara ürəkdən rəğbət dalğası mövcuddur. 

“Altı "C-17" hərbi təyyarəsində xüsusi avadanlıq, nəqliyyat vasitələri və yardım materialları ilə birlikdə bura gətirilən 250-dən çox təlim keçmiş Hindistan personalı axtarış-xilasetmə əməliyyatlarında fəal şəkildə çalışıb. Hətta yaralıları sağaltmaq üçün təchiz olunmuş müstəqil səhra xəstəxanası vasitəsilə tibbi yardım göstərilib”, - səfir Paul deyib.

Hindistanın humanitar qruplarının fəal şəkildə yerləşdiyi Qaziantep və Hatay vilayətlərini ziyarət etdiyini deyən Paul bildiirb ki, “Dost əməliyyatı" indiki ən çətin vaxtda Hindistanın Türkiyə ilə həmrəyliyinin əyani təzahürünə çevrilib. 

Diplomat qeyd edib ki, dövlət və bir neçə iri təşkilatla yanaşı həm də zəlzələdən zərər çəkmiş Türkiyəyə yardım göstərmək məqsədilə hindistanlı fərdlərin də dəstəyi durmadan artır. Artıq neçə gündür Türkiyənin Yeni Dehlidəki səfirliyinə cəmiyyətin müxtəlif təbəqələrindən yardımlar gətirilir.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin cənub-şərqində 9 saat fərqlə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdə indiyədək olan məlumata əsasən 35 mindən çox insan həyatını itirib.

Siyasət rubrikasından digər xəbərlər