“Ötən ilin dövlət büdcəsi Prezident İlham Əliyevin müəyyən etdiyi vəzifələrin, irəli sürdüyü strateji təşəbbüslərin həyata keçirilməsi, dövlətin mühüm funksiyalarının ahəngdar icrası üçün etibarlı maliyyə təminatı yaradıb".
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bugünkü iclasında - qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı bildirib.
Deputat qeyd edib ki, Hökumətin ötənilki qənaətbəxş fəaliyyətini bu gün müzakirə edilən dövlət büdcəsi şərtləndirir.
“Aparılmış müzakirələr və təhlillər 2024-cü ilin büdcəsini ölkəmizin iqtisadi inkişafına, əhalinin sosial rifahına və milli maraqlarımıza xidmət edən maliyyə sənədi kimi xarakterizə etməyə imkan verir.
A.Əmiraslanov eyni zamanda qeyd edib ki, 2024-cü ildə dünya bazarında "Azəri Light" markalı neftin 1 barelinin orta qiyməti 82,8 ABŞ dolları təşkil edib ki, bu da dövlət büdcəsində nəzərdə tutulan 75 dollarlıq həddən 10,4 % çoxdur.
"Ötən ilin dövlət büdcəsi makro iqtisadi sabitlik şəraitində icra edilməklə yanaşı, həm də makroiqtisadi tarazlığın qorunmasına töhfə verib", - deyə deputat qeyd edib.