Dövlət büdcəsinin qalığı 7 dəfə artıb

12:52 12.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cari ilin yanvar-iyul aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 17 milyard 899,4 milyon manat təşkil edib.

 

Bu barədə hafta.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

 

Bildirilib ki, büdcə xərcləri 15 milyard 334,8 milyon manat təşkil edib.

 

Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə büdcə gəlirləri 27,4 %, büdcə xərcləri isə 12,1 % artıb. Nəticədə büdcədə 2 564,6 milyon manat qalıq yaranıb. Bu isə ötən ilə nisbətən 7 dəfə çoxdur.

Oxunma sayı 125